Mario Balotelli bundan sonra "Cenoa"nın formasını geyinəcək.
Offsideplus.az xəbər verir ki, İtaliya klubunun mətbuat xidməti məlumat yayıb.
Forvard azad agent olaraq yeni komandasına qoşulub. Tərəflər arasındakı müqavilə 2025-ci ilin 30 iyununa qədər, yəni bu mövsümün sonunadək qüvvədədir.