"Milan"ın əfsanəsi Paolo Maldininin oğlu Daniel Maldini İtaliya nəhənglərinin diqqət mərkəzinə düşüb. 

Offsideplus.az xəbər verir ki, "İnter" və "Yuventus" futbolçunun xidmətində maraqlıdır. Bu barədə "Tuttosport" məlumat yayıb.

Karyerasına "Milan"da başlayan Daniel "Spezia" və "Empoli"də də çıxış edib.

Son olaraq "Monza"ya transfer olunan oyunçu bu mövsüm meydana çıxdığı 8 matçda 1 qola və 1 məhsuldar ötürməyə imza atıb.