Serxio Ramos İtaliya A Seriyasında çıxış edə bilər.

Offsideplus.az xəbər verir ki, "Yuventus" müdafiəçisi Bremerin zədələnərək sıradan çıxdığına görə təcrübəli futbolçunu heyətinə cəlb etmək istəyir. Bu barədə "Todofichajes" məlumat yayıb. 

Qeyd edək ki, 2023/24 mövsümündə "Sevilya" ilə müqaviləsi başa çatmış 38 yaşlı oyunçu İspaniya təmsilçisinin forması ilə oynadığı 37 matçda 7 qol və 1 məhsuldar ötürməyə imza atıb.