"Yuventus" ciddi itki ilə üzləşib.

Offsideplus.az xəbər verir ki, Çempionlar Liqasının Liqa mərhələsinin II turu çərçivəsində baş tutan "Leypsiq"lə matçda zədələnən Bremerin vəziyyətinə aydınlıq gəlib. O, menisk və xaçvari bağların qırılması səbəbilə meydana çıxa bilməyəcək. 

27 yaşlı futbolçu yaxın günlərdə əməliyyat olunacaq.