Paulo Dibala Səudiyyə Ərəbistanından gələn transfer təklifini geri çevirməsi barədə danışıb.

Offsideplus.az xəbər verir ki, argentinalı "Roma"da qalmaq qərarını bu cür izah edib:

"Səudiyyədən təklif? Hamı buna maliyyə cəhətdən baxır. Qabağımda ailə, həyat yoldaşı, şəhər, milli komandaya qayıdış kimi seçimlər vardı. 30 yaşındayam, fiziki olaraq yaxşı hiss edirəm. Hələ də əlimdən gələni vermək istəyirəm".