Ten Kopmeyners "Atalanta"dan ayrılmaq istəyir.

Offsideplus.az xəbər verir ki, yarımmüdafiəçi rəhbərliyə "Yuventus"a keçmək istədiyini bildirib.

Bu məlumatı tanınmış insayder Fabritsio Romano yayıb. Niderlandlı məşqlərə və oyunlara çıxmaqdan imtina edir.

Maraq üçün bildirək ki, 26 yaşlı futbolçunun "Atalanta" ilə 2027-ci ilə qədər müqaviləsi var. Onun dəyəri 50 milyon avro olaraq qiymətləndirilir.