"Qalatasaray"ın yarımmüdafiəçisi Nikolo Zaniolo karyerasını İtaliyada davam etdirə bilər.

Offsideplus.az xəbər verir ki, onun xidmətində "Atalanta" maraqlıdır.

Belə ki, Türkiyə təmsilçisi 25 yaşlı futbolçunu icarəyə verəcək. Qarşılığında isə ilinə 3.5 milyon avro qazanacaq.

Son mövsümü icarə əsasında "Aston Villa"da keçirən italiyalı futbolçu 39 oyunda 3 qolla yadda qalıb.

Onun "Qalatasaray"la 2027-ci ilin yayına qədər müqaviləsi var.