"Yuventus" müdafiəçisi Aleks Sandronun komandadan ayrıldığını açıqlayıb.

Offsideplus.az xəbər verir ki, braziliyalı 2015-ci ilin avqustundan bu komandada çıxış edirdi. Bu müddət ərzində o, turinlilərin heyətində 327 oyun keçirib. Byankonerilərlə birlikdə 5 dəfə çempionluq və İtaliya kubokunu qazanan futbolçu ölkə Superkubokunda da 2 qələbə qazanıb.