Massimiliano Alleqri "Yuventus"un baş məşqçi postunu tərk edəcək.

Offsideplus.az xəbər verir ki, Turin klubunun rəhbərliyi cari mövsümün sonunda mütəxəssisi istefaya göndərəcək. "Yuve" İtaliya çempionatında ardıcıl 5 heç-heçə edib, son 15 matçda isə cəmi 2 qələbə var.

Xatırladaq ki, Alleqri artıq 2014-2019-cu illərdə “Yuventus”u çalışdırıb. Bu müddət ərzində Alleqri 5 liqa titulu da daxil olmaqla 11 kubok qazanıb. Klub onunla 2 dəfə Çempionlar Liqasının finalında çıxış edib.

2021-ci ildə mütəxəssis Turinə qayıtsa da, bu müddət ərzində bir kubok da qazana bilməyib.