Cari mövsüm performansı ilə diqqətləri üzərinə çəkən Kenan Yıldızla bağlı "Yuventus" klubu qərar qəbul edib. 

Offsideplus.az "La Gazzetta dello Sport"a istinadən xəbər verir ki, Turin təmsilçisi türk ulduzla müqaviləni yeniləyəcək. Yeni sözləşmənin müddəti 2029-cu ilədək nəzərdə tutulub. Anlaşmaya əsasən, oyunçunun illik məvacibində də artım olacaq.

Qeyd edək ki, cari mövsüm 22 oyuna çıxan 18 yaşlı forvard 5 qol vurub, 1 assistə imza atıb.