Merih Demiral "Atalanta" klubundan ayrılacaq.

Offsideplus.az xəbər verir ki, Türkiyə millisinin üzvü karyerasını Səudiyyə Ərəbistanında davam etdirəcək. Bu barədə məşhur insayder Fabritsio Romano məlumat yayıb.

Türk müdafiəçi "Əl Əhli" klubu ilə anlaşıb. İki İngiltərə Premyer Liqası klubu Demiralı istəsə də, futbolçu eyni şərtləri təklif edən ərəb klubunu seçib.

Tezliklə tərəflər arasında müqavilənin imzalanması gözlənilir.10:55