"Dibalanın müqaviləsindəki sərbəstqalma maddəsinin müddəti 1 avqustda başa çatdı. Nəhayət gözəl və daha sakit şəkildə yata biləcəm".
Offsideplus.az xəbər verir ki, bu sözləri "Roma"nın baş məşqçisi Joze Mourinyo deyib.
Qeyd edək ki, Paulo Dibala daha öncə ərəb klublarından gələn təkliflərə "yox" cavabı verdiyini açıqlamışdı.
"İki təklif almışdım. "Əl Əhli" və "Əl Hilal" məni istəyirdi, hər iki təklifi geri çevirdim. Çünki "Roma"da qalmaq istəyirəm", Dibala İtaliya mətbuatına söyləyib.