İtaliyanın "Atalanta" klubunun mərkəz hücumçusu Rasmus Hoylund "Mançester Yunayted"in hədəfindədir.

 Offsideplus.az "Athletic"ə istinadla xəbər verir ki, A Seriyası təmsilçisi danimarkalı forvardın "qırmızı şeytanlar"a keçidi üçün qarşı tərəfə şərt qoyub.

Belə ki, italyanlar Hoylund üçün ödəniləcək məbləği nağd sövdələşmə şəklində tələb edir.

Bildirək ki, Hoylundun "Atalanta" ilə 2027-ci ilədək müqaviləsi var.