“İnter” və Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubları Marselo Brozoviçin transferi ilə bağlı razılığa gəliblər.

Offsideplus.az xəbər verir ki, bu barədə jurnalist Canluka Di Marzio məlumat yayıb. Mənbənin sözlərinə görə, bazar ertəsi klublar müqaviləni bağlamalıdırlar. Asiya təmsilçisi "qara-göylər"ə təxminən 23 milyon avro ödəyəcək.

Səudiyyə klubu ilə müqaviləyə əsasən Brozoviç ildə 20 milyon avro maaş alacaq. Onunla 3 illik müqavilənin bağlanacağı güman edilir.

Daha əvvəl "Barselona"nın 30 yaşlı futbolçunu heyətinə qatmaqda iddialı olduğu bildirilirdi.

Qeyd edək ki, Marselo 2016-cı ilin yayından "İnter"də çıxış edir. O, ötən mövsüm "İnter"in heyətində 40 oyuna çıxıb, 3 qol vurub və 6 məhsuldar ötürmə edib.

Fəqan İbrahimli