"Milan" klubu futbolçusu Rafael Leao ilə müqaviləni uzadıb.

Offsideplus.az xəbər verir ki, A Seriyası təmsilçisi ilə Portuqaliya millisinin 23 yaşlı cinah oyunçusu arasındakı yeni anlaşma 2028-ci ilin yayına kimi hesablanıb.

Rafael 2019-cu ilin yayında İtaliya klubuna keçib.