Sonuncu dəfə İspaniya millisini çalışdırmış Luis Enrike karyerasını İtaliya A Seriyasında davam etdirə bilər.
Offsideplus.az xəbər verir ki, ispan mütəxəssisin "Napoli"nin yeni baş məşqçisi olmaq ehtimalı var. Bu barədə "Repubblica" məlumat yayıb. "Napoli" Lusiano Spaletti ilə yollarını ayırsa, baş məşqçi vəzifəsinə Enrikeni gətirməyi düşünür.
Qeyd edək ki, Luis Enrike "Tottenhem" klubunda da baş məşqçi vəzifəsinə əsas namizədlərdəndir.