Braziliya yığmasının müdafiəçisi Danilo “Yuventus”da qalıb.

Offsideplus.az xəbər verir ki, Turin təmsilçisi təcrübəli futbolçu ilə müqavilə müddətini artırıb.

Tərəflərin razılığına əsasən Danilo 2025-ci ilin yayına qədər Turin klubunda çıxış edəcək.

31 yaşlı futbolçu 2019-cu ildə “Mançester Siti”dən “Yuventus”a keçmişdi.