"Milan" klubu Rafael Leao ilə müqavilə müddətini uzatmaq istəyir.

Offsideplus.az xəbər verir ki, "qırmızı-qaralar"ın rəhbərliyi artıq portuqaliyalı ilə danışıqlara başlayıb.

Leao "Milan"da qalmağın əleyhinə deyil. Amma onun maaşında artım olacağı təqdirdə, komandada qalmağa razılıq verəcək.

Qeyd edək ki, Portuqaliya millisinin üzvü 2019-cu ildən "Milan"da çıxış edir.