Türkiyə yığmasının üzvü Hakan Çalhanoğlu “İnter”lə yeni müqavilə imzalaya bilər.
Offsideplus.az xəbər verir ki, Milan təmsilçisinin rəhbərliyi 28 yaşlı yarımmüdafiəçiyə uzunmüddətli müqavilə təklif etmək niyyətindədir.
Hakanın agenti artıq danışıqlar üçün Milana gəlib. Çalhanoğlu “İnter”ə 2021-ci ilin yayında azad agent kimi keçib və 2024-cü ilin iyununa qədər nəzərdə tutulan müqavilə imzalayıb.