İtaliyada A seriyasında 2021-22 mövsümünün ən yaxşıları açıqlanıb.
Offsideplus.az xəbər verir ki, "Gran Galà Calcio Serie A" mərasimində ötən mövsümün futbolçusu, məşqçisi, komandası və hakimi müəyyənləşib. "Milan" ən yaxşı komanda, klubun çalışdırıcısı Stefano Pioli isə ən yaxşı məşqçi seçilib. İlin ən yaxşı futbolçusu "Milan"dan Rafael Leau olub. Daniele Orsato isə ən yaxşı hakim adını qazanıb.
A seriyasında ötən mövsümün rəmzi komandası:
Qapıçı: Mayk Menyan ("Milan")
Müdafiəçilər: Covanni di Lorenzo ("Napoli"), Qlession Bremer ("Torino"/"Yuventus"), Fikayo Tomori, Teo Hernandes (ikisi də "Milan")
Yarımmüdafiəçilər: Niko Barella ("İnter"), Marselo Brozoviç ("İnter"), Sergey Milinkoviç - Saviç ("Latsio")
Hücumçular: Rafael Leau ("Milan"), Duşan Vlahoviç ("Fiorentina"/"Yuventus"), Çiro İmmobile ("Latsio")