İtaliyanın "İnter" klubu türkiyəli futbolçusu Hakan Çalhanoğlu ilə bağlı qərar verib.

 Offsideplus.az "Skorer"ə istinadla xəbər verir ki, Milan təmsilçisi 28 yaşlı yarımmüdafiəçini komandada saxlayacaq. Çalhanoğlunun son olaraq UEFA Çempionlar Liqasının qrup mərhələsində "Barselona" ilə matçda (1:0, qolu Hakan vurub) əla oyun sərgiləməsi "İnter"ə qərarını qətiləşdirməyə təkan verib.

Qeyd edək ki, sözügedən oyunçu ilə İngiltərə və İspaniyanın bir sıra klubları yaxından maraqlanır.

Əlavə edək ki, Hakanın "İnter"lə 2024-cü ilədək müqaviləsi var.