“Milan” klubu Rafael Leao ilə müqaviləni yeniləmək istəyir.
Offsideplus.az xəbər verir ki, portuqaliyalı futbolçu rəhbərliyə şərtini irəli sürüb.
O, yeni anlaşmaya razılıq verməyə hazırdı, bunun üçün məvacibinin əhəmiyyətli dərəcədə artırılmasını tələb edir.
Mövcud sözləşməyə əsasən ilə 1,5 milyon avro qazanan Rafael maaşının 7,5 milyona qədər artırılmasını istəyir.