"Yuventus" müdafiəçisi Danilo ilə sözləşməni yeniləməyə hazırlaşır.
Offsideplus.az xəbər verir ki, Turin təmsilçisi 31 yaşlı oyunçu ilə 3 illik yeni müqavilə imzalayacaq. Bu barədə İngiltərə mətbuatı məlumat yayıb.
Xəbərə görə, yeni sözləşmədən sonra braziliyalı futbolçunun maaşı da artırılacaq.
Qeyd edək ki, Danilonun hazırkı müqaviləsi 2024-cü ilin yayında başa çatır.