"Atalanta"nın ukraynalı futbolçusu Ruslan Malinovski ilə İngiltərənin "Tottenhem" və Fransanın "Marsel" klubları yaxından maraqlanıb.
Offsideplus.az xəbər verir ki, hər iki klubu 29 yaşlı yarımmüdafiəçini birbaşa satın alma şərti ilə icarəyə götürmək istəyib. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
Futbolçu "Tottenhem"ə keçmək istəsə də, klubun prezidenti Antonio Perkassi Ruslanı satmamaq qərarına gəlib.
Qeyd edək ki, Malinovski 2019-cu ildən "Atalanta"nın formasını geyinir.