"Atalanta" heyətinə yeni futbolçu qatıb.
Offsideplus.az xəbər verir ki, Berqamo təmsilçisi "Şturm"dan Rasmus Hoylundu transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
19 yaşlı hücumçu ilə 5 illik sözləşmə imzalanıb.
Qeyd edək ki, "Atalanta" Hoylund üçün Avstriya klubuna 17 milyon avro ödəyib.