"Atalanta" klubu növbəti transferini reallaşdırmağa hazırlaşır.
Offsideplus.az xəbər verir ki, Berqamo təmsilçisi "Leypsiq"in vingeri Ademola Lukmanın transferi ilə bağlı klubu ilə anlaşıb. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb. 24 yaşlı oyunçu üçün qarşı tərəfə 15 milyon avro və əlavə bonuslar ödənəcək. Transferin yaxın günlərdə açıqlanması gözlənilir.
Qeyd edək ki, Nigeriya millisinin futbolçusu "Leypsiq"ə "Everton"dan 2019-cu ilin yayında keçmişdi. O, geridə qalan mövsümü icarə əsasında "Lester"də başa vurub. A.Lukman Premyer Liqa təmsilçisi ilə bütün turnirlərdə 42 oyunda iştirak edib, 9 qol və 6 asisstlə yadda qalıb.