Tarixində ilk dəfə A Seriyasına yüksələn "Monza" heyətini yeni futbolçu ilə gücləndirib.

 Offsideplus.az klubun saytına istinadən xəbər verir ki, komanda "İnter"dən ayrılan Andrea Ranokkyanı transfer edib. Onunla 2024-cü ilədək sözləşmə imzalanıb.

Qeyd edək ki, Ranokkya 2011-ci ildən Milan klubunda çıxış edirdi.