"Atalanta" klubu "Yuventus"u müdafiəçisi Merih Demiralı transfer edib.

Offsideplus.az xəbər verir ki, Berqamo təmsilçisi bu transfer üçün 20 milyon avro təzminat ödəyib.

Qeyd edək ki, Türkiyə millisinin müdafiəçisi ötən mövsüm icarə əsasında "Atalanta"da oynayıb. O, bu klubda 42 oyuna çıxıb, 2 qol vurub və 3 qolun ötürməsini verib.