"İnter"in futbolçusu Milan Şkrinyar PSJ-nin maraq dairəsinədir.

 Offsideplus.az "Calciomercato"ya istinadən xəbər verir ki, Paris klubu 27 yaşlı müdafiəçi üçün Milan təmsilçisinə təklif göndərib. Lakin İtaliya nəhəngi bu transferə görə fransızlardan 100 milyon avro istəyir.

Slovakiyalı oyunçunun "İnter"lə sözləşməsi 2023-də başa çatır.

Qeyd edək ki, Şkrinyar 2017-ci ildən "nerazzurrilər"də forma geyinir.