İtaliyanın "Atalanta" klubu Türkiyə millisinin və "Yuventus"un müdafiəçisi Merih Demiralın sərbəstqalma məbləğini ödəməyə hazırlaşır.
Offsideplus.az "Milliyyet"ə istinadla xəbər verir ki, Berqamo təmsilçisi 24 yaşlı futbolçu üçün tələb olunan 20 milyon avro bonservis məbləğini ödəyəcək.
Klubun əsas məqsədi gələcəkdə Demiralın qiymətini daha da artırmaq və futbolçunun sayəsində daha çox pul qazanmaqdır. Bu məbləğin 35 milyon avroya yüksəldiləcəyi bildirilir.
Qeyd edək ki, hazırda icarə əsasında "Atalanta"da çıxış edən oyunçu bu mövsüm çıxdığı 37 matçda 2 qol vurub, eyni sayda məhsuldar ötürmə verib.