"Atalanta" Dieqo Kostanı heyətinə qatmaq istəyir.

 Offsideplus.az "Calciomercato"ya istinadən xəbər verir ki, Berqamo təmsilçisi kolumbiyalı hücumçusu Duvan Zapatanın əməliyyat olunacağı üçün hazırda klubsuz olan 33 yaşlı Brazilya əsilli ispan futbolçunu transfer etmək niyyətindədir.

Qeyd edək ki,Kosta karyerası ərzində "Atletiko" ( Madrid ), "Çelsi" kimi önəmli klubların şərəfini qoruyub. O, son olaraq Brazilya təmsilçisi "Atletiko Mineyro"da çıxış edib.

Xatırladaq ki, Kosta ilə "Fənərbağça" ilə yanaşı, bir sıra Türkiyə klubları da yaxından maraqlanır.