Milan "İnter"inin oyunçusu  Xoakin Korrea sıradan çıxıb.

Offsideplus.az  klubun rəsmi  saytına istinadən xəbər verir ki, 27 yaşlı argentinalı futbolçu  A Seriyasının 16-cı turunda "Roma"yla ( 0:3 ) matçda zədələnib.

Bununla da o, Çempionlar Liqasında Madrid  "Real"ına qarşı görüşdə olmayacaq.

 

Qeyd edək ki, "Real" - "İnter" qarşılaşması sabah Bakı vaxtı ilə saat 00:00-da  başlayacaq.