İtaliya A Seriyasında noyabr ayının ən yaxşı məşqçisi məlum olub.

Offsideplus.az xəbər verir ki, bu ada “Atalanta”nın baş məşqçisi Can Pyero Qasperini layiq görülüb. 

Berqamo təmsilçisi bu mütəxəssisin rəhbərliyi altında noyabr ayında A Seriyasında üç oyuna çıxıb və hamısında qalib gəlib.