İtaliya A Seriyasının 5-ci turu çərçivəsində "Udineze"ni məğlub edən "Roma"nın çalışdırıcısı Joze Mourinyo Massimiliano Alleqrinin rekordunu qırıb. 

Offsideplus.az xəbər verir ki, Mourinyo ard-arda 41-ci ev qarşılaşmasında məğlub olmur. Maraqlıdır ki, Alleqridə də bu göstərici 41-ə bərabərdir. 

Qeyd edək ki, Mourinyo 2021-ci ilin may ayında "Roma"nın baş məşqçisi təyin olunub.