Madrid "Real"ından ayrılan Serxio Ramos karyerasını İtaliya A Seriyasında davam etdirə bilər.
Offsideplus.az xəbər verir ki, "Milan" 35 yaşlı müdafiəçini sıralarına qatmağa hazırlaşır. "Rossonyerlər"in rəhbərliyi Ramosla əlaqə saxlayıb və onunla danışıqlara başlanılacağı bildirilib.
Ramos isə "qırmızı-qaralar"dan 2 mövsümlük müqavilə, illik 15 milyon avro maaş üstəgəl 20 milyon avro imza bonusu tələb edib.
Qeyd edək ki, təcrübəli müdafiəçi bir neçə gün əvvəl 2005-ci ildən bəri şərəfini qoruduğu "Real"dan ayrılıb.