Hakan Çalhanoğlu sərfəli təklifdən imtina edib. 

Offsideplus.az xəbər verir ki, Türkiyə millisinin üzvü Qətər təmsilçisi "Əl-Duhail"in "illik 8 milyon avro maaş, üstəgəl, 8 milyona yaxın bonuslar" təklifini yaxına buraxmayıb. Buna səbəb ulduz futbolçunun karyerasını Avropada davam etdirmək istəyidir. 

Qeyd edək ki, Hakanın "Milan"la müqaviləsinin müddəti bu ayın sonuna qədərdir. Hazırkı komandası iıə yanaşı, Avropanın bir neçə nəhəngi onu sıralarında görmək istəyir. Çalhanoğlu isə qərar verməkdə tələsmir.