"Milan"ın türkiyəli futbolçusu Hakan Çalhanoğlu klubdan ayrılmağa yaxındır.
Offsideplus.az xəbər verir ki, 27 yaşlı yarımmüdafiəçi "rossonyerlər"lə razılığa gələ bilməyib.
Belə ki, Hakanın maaş tələbi eyniadlı şəhər təmsilçisinin rəhbərliyi tərəfindən müsbət qarşılanmayıb. Onun mövsümün sonunda klubdan ayrılacağı gözlənilir.
Çalhanoğlu karyerasını digər İtaliya nəhəngində davam etdirə bilər. Belə ki, futbolçu ilə "Yuventus" yaxından maraqlanır.
Keçidin baş tutması üçün hazırda danışıqlar aparılır.
Qeyd edək ki, sözügedən oyunçu 2017-ci ildən "Milan"ın şərəfini qoruyur.