"Milan"ın idman direktoru Riki Massara "Cenoa" ilə oyun öncəsi futbolçuların gələcəyi barədə danışıb.
Offsideplus.az xəbər verir ki, klub rəsmisi, Hakan Çalhanoğlunun komandada qalıb-qalmayacağı mövzusuna toxunub. O, mövsüm sonu müqaviləsinin müddəti başa çatacaq 3 futbolçu - Donnarumma, İbrahimoviç və Çalhanoğlu barədə bu sözləri deyib:
"İbrahimoviç ilə yaxın zamanlarda yeni müqavilə imzalayacağımıza əminik. Digərləri barədə bir yenilik yoxdur, lakin özümüzə güvənirik. Çünki klub öz rolunu yaxşı oynadı və əla təkliflər irəli sürdük. Buna görə də, təkliflərimizi qəbul edəcəklərinə inanırıq".
Qeyd edək ki, Hakan Çalhanoğlunun "Milan"la anlaşması bu yay başa çatır.