“Atalanta” klubunun baş məşqçisi Can Pyer Qasperini 20 günlük cəzalana bilər.
Offsideplus.az xəbər verir ki, antidopinq inspektorunu təhqir edən təcrübəli mütəxəssisi cəza gözləyir.
İtaliya antidopinq məhkəməsi məsələyə mayın 10-da baxacaq. Qasperini cəza alacağı təqdirdə A seriyasının 3 oyununu və mayın 19-da "Yuventus"a qarşı ölkə kubokunun finalını buraxmalı olacaq.