“Roma” klubu ciddi itki ilə üzləşib.
Offsideplus.az xəbər verir ki, "canavarlar"ın futbolçusu Stefan El-Şaaravi zədələnib.
27 yaşlı yarımmüdafiəçinin azı 2-3 həftə yaşıl meydanlardan uzaq qalacağı bildirilib.
Qeyd edək ki, sözügedən oyunçu A Seriyanın 29-cu turunun “Sassuolo” ilə səfər matçında (2:2) zədələnib.