"Yuventus" Merih Demiraldan sonra daha bir türk futbolçunu heyətinə qata bilər.

Offsideplus.az "Sky Sports"a istinadən xəbər verir ki, "Milan" futbolçusu Hakan Çalhanoğlu ilə razılığa gələ bilməyib. Klubdan 5 milyon avro maaş istəyən Hakana 4 milyon avroluq maaş təklif edilincə, müzakirələr dayandırılıb.

Mövsümün sonunda komandadan ayrılacağı gözlənilən 27 yaşlı yarımmüdafiəçi ilə "Yuventus" yaxından maraqlanır. Turin təmsilçisi bu transferi həyata keçirmək üçün israr edir.