"Milan" klubu ilə müqaviləsinin müddəti başa çatan və komandada qalıb-qalmayacağı sual altında olan Hakan Çalhanoğlu ilə bağlı yeni xəbərlər yayılıb.
Offsideplus.az İtaliya mətbuatına istinadən xəbər verir ki, 27 yaşlı yarımmüdafiəçi "Mançester Yunayted"lə anlaşıb.
İddiaya görə, türkiyəli futbolçu növbəti mövsümdən "qırmızı şeytanlar"ın heyətinə qatılacaq.
Qeyd edək ki, 2017-ci ildən "Milan"da çıxış edən Çalhanoğlu cari mövsüm çıxdığı 32 oyunda 6 qol vurub, 11 məhsuldar ötürmə verib.