"Milan" Hakan Çalhanoğlu ilə müqaviləni yeniləmək üçün danışıqları davam etdirir. 

Offsideplus.az həmkarımız Nikolo Skiranın məlumatına əsasən xəbər verir ki, "rossyonerlər" Türkiyə millisinin üzvünü komandada saxlamağa çalışır. Məqsəd Hakanı 2025-ci ilə qədər nəzərdə tutulan yeni anlaşmaya qol çəkməyə razı salmaqdır. İllik məvacib isə 4 milyoin avro+bonuslar olacaq. Hakanın tələbi nisbətən artıq qazanc olsa da, bu şərtlərlə razılaşdığı deyilir.

Qeyd edək ki, cari mövsümdə 30 oyuna çıxan Çalhanoğlu 6 qol vurub, 11 qolun ötürməsini verib.