PSJ-nin ulduz futbolçusu Mauro İkardi karyerasını İtaliyada davam etdirə bilər.

Offsideplus.az İtaliya mətbuatına istinadən xəbər verir ki, "Qoca Sinyora" 28 yaşlı forvardı heyətinə qatmağı planlaşdırır. "Sport Mediaset"in məlumatına görə, Kriştiano Ronaldo "Yuventus"la yollarını ayıracaq. Bunun əvəzində isə Turin təmsilçisi PSJ-dən İkardini gətirəcək. 

Qeyd edək ki, Mauro İkardinin Paris klubu ilə 2024-cü ilə qədər müqaviləsi var.

Xatırladaq ki, Ronaldo "Yuventus"la yeni müqavilə imzalamaq arzusunda olsa da, klub tərəfindən hələ də açıqlama verilməyib.