UEFA turnirlərində 2020-ci ilin ən çox qol vuran futbolçusu bəlli olub.
Offsideplus.az xəbər verir ki, İtaliyanın "İnter" klubunun hücumçusu Romelu Lukaku UEFA turnirlərində 16 qol vurmaqla bütün oyunçuları qabaqlayıb.
27 yaşlı forvard bunlardan yeddisini Avropa Liqasında, dördünü Çempionlar Liqasında, beşini isə Belçika yığmasının heyətində Millətlər Liqasında vurub.
Qeyd edək ki, Romelu Lukaku 2019-cu ildən "İnter"də çıxış edir.