Mario Balotellinin "Breşia" rəhbərliyi ilə münasibətləri pisləşib.
Offsideplus.az xəbər verir ki, buna səbəb oyunçunun icazəsiz məşqlərdən qalması olub.
Rəhbərlik Balotelli ilə müqaviləni ləğv etmək və oyunçuya təzminat ödəməmək fikirindədir. O, səbəb kimi hücumçunun klubun nizam-intizam qaydalarına əməl etməməsini göstərib. Balotelli isə ona kompensasiya verilməsini tələb edir.
Xatıqladaq ki, İtaliyalı futbolçunun “Breşia” ilə müqaviləsi 2022-ci ilə qədər qüvvədədir. O, cari mövsüm A Seriyasında 19 matç keçirib və 5 qol vurub.