İtaliya A seriyasının erkən başa çatması komandaların sayının artması ilə nəticələnməyəcək.

Offsideplus.az, bu barədə qərarı İtaliya Futbol Həmkarlar İttifaqlarının toplantısında koronavirus pandemiyası üzündən dayandırılan çempionat bərpa olunmadan yekunlaşmasının klubların liqaları dəyişməsinə mane olmayacağına qərar verilib. Bu o deməkdir ki, A seriyasının autsayderləri yerini B seriyasının liderlərinə verəcək.

Qeyd edək ki, daha əvvəl A seriyasını heç bir klubun tərk etməyəcəyi, əvəzində B seriyasından yeni komandaların gələcəyi ilə bağlı iddia ortaya atılmışdı. Yeni qərardan sonra iştirakçı sayının 20-də qalacağı dəqiqləşib.