İtaliyanın “Torino” klubunun prezidenti Urbano Kayro koronavirus pandemiyası ilə mübarizəyə dəstək üçün maaşından imtina edib.
Offsideplus.az xəbər verir ki, klubun sahibi mart, aprel, may və iyun ayları üçün nəzərdə tutulan 500 min avro məvacibini pandemiya ilə mübarizə üçün bağışlayacaq.
Bundan başqa, Kayro ehtiyacı olan ailələrə kömək məqsədiylə 5 min avroluq yardım da edəcək.