İtaliya “İnter”inin futbolçusu Lautaro Martines də koronavirusla mübarizəyə öz töhfəsini verib.
Offsideplus.az xəbər verir ki, argentinalı gənc hücumçu doğma şəhəri olan Bahia Blankanın dövlət xəstəxanalarına maliyyə yardımı edib.
Martinesin bağışladığı pulla 3350 litrlik spirt jeli, 100 min lateks əlçək və digər zəruri avadanlıqlar alınıb.