Mario Paşaliç karyerasını İtaliyada davam etdirəcək.

Offsideplus.az xəbər verir ki, "Atalanta" "Çelsi"yə məxsus futbolçunu birdəfəlik transfer edib.

Berqama təmsilçisi 25 yaşlı yarımmüdafiəçi üçün London klubuna 15 milyon avro ödəyəcək.

Qeyd edək ki, "Atalanta" Mario Paşaliçi 2018-ci ildə 2 mövsümlük "Çelsi"dən icarə əsasında transfer etmişdi.